Latviyada öldürülən məşhur bankirin azərbaycanlı nümayəndəsi Bəyəli Mürsəlov və xanımı haqda PREZİDENTƏ ŞOK MÜRACİƏT – Bu işdə Ziyad Səmədzadənin də adı hallanır...

Baxış sayı:
5641

“Azərbaycan Sənaye Korporasiyası" ASC-nin tərkibində fəaliyyət göstərən “General Konstrakşn” MMC-nin hüquqşunası Nedeva Ruhangiz Ağa qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə və digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır: “Çox hörmətli cənab Prezident! Mən, şəxsən Sizə müraciət etməklə, keçmişi ziddiyətlərlə dolu olan, əvvəllər işlədiyi "General Konstrakşn" şirkətində əsasən Şəki şəhərində yerləşən obyektlərə "Şəki-Agro", Şəki-Şərab", Şəki-İpək" və s. yerlərə öz maddi maraqlarını təmin etmək üçün tez-tez ezam olunan Yuliya Aleksandrovna törətdiyi qanunsuzluqlara görə əri Bəyəli Mürsəlovla birlikdə 2010-cu ildən qovulduqdan sonra, yenidən himayədarı vasitəsilə bu şirkətə rəhbər təyin edilmiş və dövlət strategiyasından uzaq olan işlərlə məşğul olmağa başlamışdır. Belə ki, qanunsuz olaraq şirkətdə qalan 35 nəfər işçinin hamısına öz xahişilə ərizə yazdıraraq işdən azad etmiş və onlarla yenidən 2 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Təbii ki, bu yazıq və zavallı insanları da 2 aydan sonra qovacaqdır. Mənim yerimə də öz yaxın qohumu olan Mürsəlov adlı və Eldar Mahmudov dövründə MTN-də işləmiş və sonradan məlum hadisələr zamanı qovulmuş bir MTN-çini hüquqşünas təyin edərək, mənə də “siz bizə lazım deyilsiniz” göstərişi vermişdir. Bu barədə mən bu ayın 7-də, 12-də, 14-də və 21 iyun tarixlərində Prezidentin köməkçisi cənab NatiqƏmirova dəfələrlə ərizə və teleqramlar göndərsəm də, hələlik heç bir reaksiya olmamışdır. Yuliya Aleksandrovanın məqsədi odur ki, rəhbərlik etdiyi və kreslosunda əyləşdiyi GLOBUs PLAZA da hər şeyi öz xeyri üçün istifadə etsin. Məslən, hüquqşünas kimi mənim yerimə işə götürdüyü yaxın qohumu olan Mürsəlovla GLOBUS PLAZA-nın 6-7-ci mərtəbəsində yerləşən restoranın adından və öz arasında icarə müqaviləsi bağlayaraq pul qazanmağa start vermişdir. Halbuki, onun bu vəzifəyə təyin olunması dövlətin maraqlarından çıxış edərək obyektin düşdüyü problemləri həll etmək və sağlamlaşdırma işlərilə məşğul olmaqdan ibarət olmalıdır. Bu isə əksinə, dövlətin ziyanına hərəkətə start vermişdir. Yuliya Aleksandrovna buraya təyin olunsa da, hələlik təhvil-təslim başlamamışdan ağlına gələn və gəlməyən əsassız sərəncamlar və əmrlər verməklə məşğuldur. Ortada olan "General Konstrakşn" MMC-nin ayağında olan 89 mil. manat borcun necə olunacağı məsələsi həllini tapmamış bu adam əvvəllər 2006-2010-cu illərdə işlədiyi "general-konstrakşn" şirkətindən sanki qısasını almağa tələsir. Doğrudur, vaxtilə yuliya Aleksandrovna və onun əri hazırda Latviya bankiri Bunkusun ölüm işinin (30 may 2018-ci il tarixli) araşdırması aparılan Bəyəli Mürsəlovla birlikdə törətdikləri irimiqyaslı korrupsiya əməllərinə görə, bu şirkətdən qovulsalar da, sonradan akademik Ziyad Səmədzadənin himayədarlığı altında əri Latviya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri təyin olunmuş (2010-2017-ci ilədək) onun arvadı və Azərbaycan dilində bir kəlmə belə bilməyən Yuliya Aleksandrovnanı isə 2016-cı ildən "Globus Plazada" yerləşən General Konstrakşn" şirkətinə lider təyin etdirmişdir. ASK ASC-nin baş direktoru Kamran Nəbiyevə göstərişi əsasında. Axı adamdan soruşarlar ki, bu boyda Azərbaycanda savdlı, təcrübəli, peşəkar və Azərbaycan dilini bilən birisi tapılmadımı ki, keçmiş reputasiyası pozulmuş birisini gətirib bu boyda şirkətə rəhbər təyin edirlər. Adını da qoyurlar ki, Beynəlxalq Bankdan qalan bu şirkətin mülkiyyəti üzərində işlər aparılsın və sağlamlaşması təmin edilsin. Cənab Prezident məhz bu tapşırıqla sərəncam verib və "Azərbaycan Sənaye kommersiya" ASC-ni yaradıb ki, dövlətin iqtisadi dayağına xələl gətirən bu proseduru həyata keçirsin. Cənab Prezident göstəriş verməyib ki, əvvəllər törətdiyi irimiqyaslı qanunpozuntuları ilə məşğul olan bir qeyri-millətin nümayəndəsini birbaşa gətirib bu boyda şirkətə 3600 manat əmək haqqı təyin etməklə baş direktor təyin edəsən ki, özünə yaxın savadsız adamları, Eldar mahmudiovdan qalma sabiq MTN işçisi olan Mürsəlovu "hüquqşünas" kimi mənim yerimə dürtsün. Y.Aleksandrovanı başa da salmaq olmur ki, mən bu şirkətdə işlədiyim 6 il ərzində hər hansı bir qanupozuntusu törətməmişəm ki, heç bir əmr olmadan zorakılıqla məni əsassız olaraq işdən qovasan? Bu məsələ qanuvericiliklə tənzimlənir. Bu adamın sözü isə bu olur ki, "Vi nam ne nujen! Do svidaniya" Və şəxsi işimi üstümə tullayasan. İşçini belə formada işdən çıxarmazlar ki, “sən mənim xoşuma gəlmirsən, rədd ol burdan”. "Təzadlar" qəzetinin 20 yanvar 2016-cı il tarixli yazısında bir daha təsdiq olunur ki, Y.Aleksadrovnanın əri Bəyəli Mürsəlovun anası mərhum Mürsəl Mürsəlovun həyat yoldaşı olmuş Qəribova Firuzəxanım Hacıbaba qızı hal-hazırda Ziyad Səmədzadənin baş köməkçisidir… Və Firuzəxanım xanımın oğlu Mürsəlov Bəyəli Mürsəl oğlu da Ziyad müəllimin havadarlıq elədiyi adamlardan biridir. Daha doğrusu, dələduzluq əməli törətmiş şəxslərdən biri olub… Bəyəli Mürsəlovun iş adamlarını aldatmasından tutmuş, qara pulların yuyulmasına qədər barəsində dəfələrlə yazılan yazılara mətbuatda rast gəlməmiş olmazsınız". Artıq heç bir şərhə ehtiyc qalmır. Yəni, Yuliya Aleksandrovna da qaynanası Firuzəxanımın xahişilə Ziyad Səmədzadə tərəfindən ASK" ASC-nin tabeliyində olan "General Konstrakşn" şirkətinə rəhbər təyin olunmuşdur. İndi bu adam 29 iyun 2018-ci ildə artıq 3-cü dəfə işçilərinə əmr verib ki, Ruhəngiz Nedevanın otağının telefon və internet əlaqəsi kəsilsin. Sürücü onu yolda görsə, götürməsin, "Globus Plazanın qeydiyyatçısı iyulun 2-dən etibarən hüquqşunas R.Nedevanı qapıdan buraxmasın. Şənbə günü üçün “R.Nedevanın xidməti otağının qıfıl və açarları yenilənsin, şəxsi əşyaları anbara təhvil verilsin" göstərişi verilib. Bu qədər əmrlrədən sonra mən məcbur qalıb Yuliyabın özbaşnalıqları, onun və ərinin birlikdə törətdikləri irimiqyaslı dələduzluqları barədə dövlət rəhbərliyini məlumatlandırmaq qərarına gəldim. Mətbuat işçilərindən də xahişim budur ki, Yuliyanın bu özbaşnalığını iyulun 2-də səhər saat 10-da Tbilisi pros.35 ünvanda yerləşən "Globus Plaza"ya gəlib, öz gözlərilə görüb bir daha şahid olsunlar. Milli Məclisin sədri hörmətli Oqtay müəllimdən də xahiş edirəm ki, komisiya sədri Ziyad Səmədzadəyə tapşırsın ki, Məcliş işlərilə də bir az məşğul olsun. Baş köməkçisi Firuzəxanımın oğlu və gəlini Yulianın nazı ilə az oynasın. Bəsdir bu dövləti oyuncaq yerinə qoyub, öz şəxsi maraqları naminə işlər çevirdilər. Odur ki, son ümid yeri kimi Cənab Prezident, Sizə müraciət edirəm. Çox xahiş edirəm ki, Yuliya Aleksandrovna tərəfindən həm mənə qarşı edilən təzyiqlərin, ayrıseçkiliyin dərhal dayandırılması, qanunsuz hərəkətlərinin, həm də dövlət mənafeyinin ziddinə etdiyi bütün qanunsuz hərəkətlərin qarşısnın alınmasına göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm”. Muxalifet.az Redaksiyadan: Qarşı tyərəfin mövqeyini dərc etməyə hazırıq.