Latviyada minimal təqaüd Azərbaycandan iki dəfə azdır - CƏMİ 70 AVRO…

Baxış sayı:
13161

Latviya Maliyyə Nazirliyi bir neçə ildir büdcə xərclərini ilin sonunda ardıcıl olaraq dərc edir.

Haqqin.az-ın xüsusi müxbiri Vladimir Reşetov bildirir ki, bu hesabata əsasən 2019-cu ildə Latviyanın ümumi büdcəsi 9 milyard avrodan çox olub. Əhalinin sosial müdafiəsi üçün 35 faiz və ya 3 milyard avrodan çox vəsait ayrılıb. Bir milyarddan bir az çoxu səhiyyə sisteminə yönəldilib. Təhsil üçün isə təxminən 800 milyon xərclənib.

Maraqlıdır ki, dövlət aparatının saxlanması, Avropa İttifaqının fondlarına ödənişlər, yerli hökumətlərə subsidiyalar, vergilər, gömrük, elm sahələrində dövlət siyasətinin təmin edilməsi, habelə dövlət borclarının idarə olunması, Avropa Komissiyasının büdcəsinə ödənişlər - hamısı 14 faiz təşkil edir.

Oktyabrın 1-dən etibarən hökumət bu Baltikyanı ölkədəki pensiyaların daha bir indeksləşdirilməsinə söz verib. Hazırda minimum pensiya cəmi 70 avrodur. Bu da Azərbaycanda minimal pensiyanın məbləğindən az qala iki dəfə azdır.

Habelə hakimiyyət 2020-ci il büdcəsində vergidən azad minimum əmək haqqını 300 avroya qaldırmağı planlaşdırır. Başqa sözlə, Avropa İttifaqının üzvü olan Latviyada heç də yağ-bal içində yaşamırlar...