​Larisa Alaverdyan: "Azərbaycan hətta Avrasiya İttifaqına daxil olsa belə, Qarabağı almayacaq"

Rusiya Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrovun bu yaxınlardakı bəyanatından sonra Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olması mövzusu erməniləri həyəcanlandırmaqda davam edir.
Xatırladaq ki, S.Lavrov Moskvanın, Bakının Avrasiya inteqrasiyasında iştirak etmə arzusunu yalnız alqışlayacağını bildirib. Ermənistanın Rusiyadakı yeni səfiri Vardan Toqanyan isə dərhal bəyan etdi ki, bu məsələ üzrə Ermənistanın "öz xüsusi mövqeyi" olacaq.
Ermənistanda ehtiyat edirlər ki, Azərbaycanın Avrasiya İttifaqına daxil olması, Rusiyanın təzyiqi altında erməni tərəfindən ərazi güzəştlərinə əvəz olaraq, baş verəcək.
Hüquq və Siyasət İnstitutunun direktoru Larisa Alaverdyanın fikrincə, Azərbaycanın Avrasiya İttifaqında potensial iştirakı kontekstində Qarabağ mövzusu gərəksiz qabardılır.
"Azərbaycan Ermənistanın da daxil olduğu böyük miqdarda siyasi təşkilatların üzvüdür: BMT-dən başlayaraq MDB-yə qədər. Və Qarabağ münaqişəsinin mövcudluğu bunun üçün maneə deyil. Yunanıstan və Türkiyə arasında ciddi ziddiyyətlər, məsələn, onların eyni hərbi-siyasi təşkilatda təsilçiliklərinə mane olmur”, - deyə o, EADaily-ə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Avrasiya İttifaqına daxil olması halında icraçı xarakterli problemlər yarana bilər. Bir inteqrasiya strukturunda iki münaqişə edən dövlətin mövcudluğu malların, kapitalın, xidmətlərin və işçi qüvvəsinin azad hərəkəti üçün maneə ola bilməz.
Larisa Alaverdyanın fikrincə, Azərbaycanın Avrasiya İttifaqına daxil olması heç də o demək deyil ki, Rusiya Ermənistanın maraqlarını verəcək və Qarabağdakı indiki status-kvo dəyişəcək.
Alaverdyan həmçinin etiraf edir ki, Qarabağda istehsal olunan məhsullar Avrasiya İttifaqı ölkələrinə erməni markası altında ixrac edilir.