Lapşin İsrailə ekstradisiya olunacaqmı?

Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə ittiham olunan bloger Aleksandr Lapşinin İsrailə ekstradisiyası olunması məsələsi yaxın 7-10 gün ərzində aydınlaşa bilər.
 
Bunu blogerin vəkili Eduard Çernin deyib: “Ən yaxın 7-10 gün ərzində bu istiqamətdə hansı addımların atılacağı məlum olacaq”.
Vəkil vurğulaylb ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Lapşin barəsindəki hökm qüvvədə saxlanılır: “Lapşin 3 il müddətinə azadlıqdna məhrum edilib. Məhkəmənin qərarı qüvvəyə minib. Prosedur qaydalara əməl olunmalıdır. Ədliyyə Nazirliyinə İsrailin Ədliyyə Nazirliyinin müraciəti gəlməlidir. Bundan sonra Azərbaycan tərəfi bu müraciətə baxacaq”.
Xatırladaq ki, A.Lapşin Bakı Ağrı Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Bloger İsrailə ekstradisiya olunmaq üçün ərizə ilə müraciət edib.