“Land Cruiser” prospektdə qəza törətdi - Foto

Heydər Əliyev prospektində qəza baş verib. 
Muxalifət.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, hadisə təxminən yarım saat öncə qeydə alınıb.
“Toyota Land Cruiser” markalı 90 GO 016 dövlət nömrə nişanlı avtomobil “Nissan Tiida” markalı maşını arxadan vurub. Nəticədə, “Tiida”nın sürücüsü başından xəsarət alıb.
Fotoları sosial şəbəkədə Haldun Novruzzadə adlı istifadəçi paylaşıb.