​“LADA” yük maşınına çırpıldı, sürücü öldü

Baxış sayı:
7084

Abşeron rayonunun Masazır qəsəbəsində “LADA” markalı avtomobil və “Shacman” markalı yük maşını toqquşub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü 1997-ci il təvəllüdlü Allahverdiyev Murad Taleh oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.