Əlaçı tələbənin Kerç Kollecində törətdiyi qətliam – ƏVVƏLCƏDƏN PLANLAŞDIRILAN TERROR, YOXSA…

Baxış sayı:
15073

Xəbər verdiyimiz kimi, Krımdakı Kerç şəhərindəki kollecdə tələbələrdən biri kütləvi qətliam törədib.Rusiya İstintaq Komitəsi baş verən qətliamla bağlı açıqlama verib. Rusiya KİV-ləri xəbər verir ki, əvvəlcə Kerç kollecinin binasında partlayıcı qurğu işə düşüb, ardınca isə kollecin 4-cü kurs tələbəsi Vladislav Roslyakov silahla otaqdakı tələbələrə atəş açıb. 
Onun partlayıcı qurğunu da hazırladığı ehtimal olunur. Terror aktı zamanı ümumilikdə, 18 nəfər ölüb, 50 nəfər yaralanıb. Roslaykov hadisədən sonra binanın ikinci mərtəbəsində intihar edib.
Muxalifet.az xəbər verir ki, hüquq mühafizə orqanlarındakı mənbə Lenta.ru saytına bildirib ki, hadisə yerində araşdırma aparılmaqla yanaşı, qurbanların və şahidlərin sorğusu davam etdirilir.
İlkin məlumatlara görə, təxminən 12:20-də, böyük tənəffüs başlayarkən, dördüncü kursun 18 yaşlı tələbəsi Vladislav Roslyakov yeməkxanaya daxil olub, əlindəki torbanı buraxıb və sonra çıxıb. Çantada partlayıcı qurğu olduğu bəlli olub. O, qapıdan uzaqlaşaraq, bir ov tüfəngi çıxarıb və bomba qoyduğu otaqdakı tələbələrə atəş açmağa başlayıb.
Bu zaman baş verən çaxnaşmadan istifadə edərək, ikinci mərtəbəyə çıxıb və burada müəllimlərdən birini də iş otağında güllələyib.
Şahidlərin sözlərinə görə, atış zamanı Roslyakov çaxnaşmanı artırmaq üçün bir neçə partlayıcı qurğudan da istifadə edib.
Təxminən 20 dəfə atəş açqıqdan sonra ö, kitabxanada intihar edib. Meyitinin yaxınlığında bir tapança, sənədlər, eləcə də bir neçə patron kəməri tapılıb.
İlkin məlumatlara görə, Roslyakov əla qiymətlərlə oxuyan tələbə olub, lakin heç kimlə xüsusi əlaqə saxlamırmış.
Kerç kollecindəki qətliama gəldikdə isə, bunun motivləri hələ bəlli deyil, sinif yoldaşlarının əksəriyyəti ondan belə bir şey gözləmədiyini bildirib.
Polis Roslyakovun yaşadığı mənzildə də axtarış aparıb, müstəntiqlər kompüter və alətləri götürüblər. "Hazırda hadisənin əvvəlcədən planlaşdırılmış bir terror aktı və ya ekstremist təşkilatların bu işdə rolunun olduğu haqda istintaqda bir sübut yoxdur", - mənbə Lenty.ru saytına bildirib.
Bəzi mənbələrin məlumatına görə, 17:30-a kimi 18 ölü və 74 nəfər yaralanıb. Krım səlahiyyətliləri isə 19 ölü olduğunu bildirir.

Muxalifet.az