​Əl və ayaqları iflic olan əfqan qız rəsmlərində qadınların çətinliklərini göstərir

Baxış sayı:
1474

Əfqanıstanın Qəznə vilayətində yaşayan 18 yaşındakı Məhəmmədi əli və ayaqları doğuşdan iflic olduğu üçün rəsmlərini ağzı ilə tutduğu qələm və fırçalarla çəkir.
Muxalifet.az xəbər verir ki, Məhəmmədi kiçik yaşlarından bəriu rəsm çəkdiyini və bununla bağlı hər hansı təhsilinin olmadığını bildirib.
“Ağzımla tutduğum qara qələmlə çəkdiyim rəsmlərlə əfqan qadınların yaşadığı çətinlikləri göstərmək istəyirəm”, - deyə Məhəmmədi qeyd edib.
Onun sözlərinə görə, ona ən çox ailəsi dəstək olur. Fiziki məhdudiyyətli insanların özlərini inkişaf etdirmədiyi təqdirdə həyatın çətinliklərinə məhkum olacağını deyə gənc rəssam vurğulayıb ki, onlar özlərinə güvənməlidirlər.
Qeyd edək ki, 33 milyon əhalisi olan Əfqanıstanda 1 milyon fiziki məhdudiyyətli insan var və onlar çox çətin şəraitdə yaşayırlar. Rəsmi məlumatlara görə, onların çoxu işsizdir. Bəziləri dilənçilik edir, bəziləri isə beynəlxalq təşkilatların yardımları ilə yaşayır.