“ “Əl Cəzirə”ni BOMBALAYAQ” – BƏƏ GENERALI

Qətərə qarşı blokadanın başını çəkən Birləşmiş Ərəb Əmirliklərindən qəribə bir açıqlama gəlib. BƏƏ-nin yüksək səviyyəli bir təhlükəsizlik rəsmisi Dhahi Khalfan Twitter hesabında "əl-Cəzirə kanalını bombalamaq lazımdır" deyə yazıb.
 
Qətərə qarşı iqtisadi məhdudiyyətlərin “xaç atası” BƏƏ-dən bu dəfə daha qorxunc bir tələb gəlib.
BƏƏ-nin yüksək səviyyəli bir təhlükəsizlik rəsmisinin Qətər mərkəzli media kanalı olan əl- Cəzirənin bombalanmasını təklif etməsi təpkilərlə qarşılanıb. Dubay generalı Dhahi Khalfan, twitter hesabından etdiyi paylaşmada əl- Cəzirənin Misirin şimalındakı Sinada baş verən məscid terrorunu təhrik etdiyini iddia edib.
BƏƏ-nin əl- Cəzirəni bombalamasına ehtiyacın olduğunu söyləyən Khalfan, "əl-Cəzirə daha nə qədər Misir və Ərəb dünyasının təhlükəsizliyi ilə oynamağa davam edəcək" deyə, bildirib.
Müxalifət.az