Əl Cəzirə-dən dəhşətli "Qaşıqçı" iddiası!

Baxış sayı:
685

Qətər mərkəzli Əl-Cəzirə televiziyası, araşdırmalar nəticəsində Səudiyyə baş konsulunun evində hidroflorik turşu və xüsusi kimyəvi qalıqların tapıldığını bildirib. Türkiyədəki Baş Prokurorluq mənbələrinə əsaslandırılan xəbərdə, tapıntıların Camal Qaşıqçı-nın bədəninin tamamilə əridilərək məhv edildiyini göstərdiyini bildirib.
 
Baş prokurorluq mənbəyi, kimyəvi tapıntıların Camal Qaşıqçı-nın bədəninin məhz konsulun evində tamamilə məhv edildiyini göstərdiyini qeyd edib.
 
HİDROFLORİK TURŞU NƏDİR?
 
Hidroflorik turşu, hidrogenlə flor birləşməsinin suda məhluluna verilən addır. Xüsusilə şüşə emalı sənayesində istifadə edilir. Şüşəni aşındırıcı təsiri olduğuna görə, şüşə butulkalarda saxlanmır. Şəffaf maye halında olub, HF olaraq tanınır.
İstifadə ediləndə olduqca diqqətli olunmalıdır. Nəfəs alındığın təqdirdə belə ciddi zəhərlənmələrə yol açır, dəri ilə təmas etdikdə dərin yanıqlara səbəb olur. Susuz hidrogen florid və hidroflorik turşu istifa edildikdə yalnız qoruyucu eynək və ya üz maskası taxılmalıdır.
Müxalifət.az