KXDR ABŞ-a danışıqları yeniləməyi təklif etdi
9-09-2019 20:18
Baxış sayı:
14141
Koreya Xalq Demokratik Respublikası (KXDR) sentyabrın sonunda ABŞ-la danışıqları yeniləməyə hazırdır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda KXDR-in xarici işlər nazirinin müavini Soy Son Hi bildirib.
Xatırladaq ki, 2018-ci il iyunun 12-də ABŞ prezidenti Donald Trampla KXDR lideri Kim Çen In arasında birinci görüş olub. Tərəflər münasibətlərin normallaşması və KXDR-in denuklearizasiyası üzrə ölçülər haqqında razılaşıblar. 2019-cu ilin fevralında Hanoyda keçirilən ikinci görüş nəticəsiz başa çatıb. Bundan sonra isə onlar qısa müddətdə KXDR ilə Cənubi Koreyanın sərhədində görüşüblər. Tramp Cənubi Koreyadan KXDR-in ərazisinə addım atmış ABŞ-ın birinci prezidenti olub.