Kvirikaşvili İrəvan səfərini ləğv etdi, Sərkisyansa Tiflisə gedir

Baxış sayı:
4136

Ermənistan Prezidenti Serj Sərkisyan dekabrın 25-də Gürcüstana gedəcək.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan söyləyib. Onun sözlərinə görə, səfər iki gün davam edəcək.
Qeyd edək ki, Sərkisyandan sonra Gürcüstan Baş naziri Georgi Kvirikaşvili İrəvana səfər edəcək. Səfər 2018-ci ilin əvvəlində baş tutacaq.
Kvirikaşvili dekabrın 1-də İrəvana getməli olsa da, gerçəkləşməsinə bir neçə saat qalmış səfər ləğv edilmişdi. Buna səbəb kimi Gürcüstan Nazirlər Kabinetinin formalaşdırılmaması göstərilmişdi.