Kütləvi dava: Azərbaycanlılar və ermənilər yaralandı

Baxış sayı:
7084

Ukraynanın Odessa şəhərində baş vermiş kütləvi davada Azərbaycan və Ermənistan vətəndaşı olan 4 nəfər yaralanıb.
 
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, davada 8 nəfər iştirak edib. İştirakçılardan 4 nəfəri qırılmış şüşə parçaları ilə yaralanıb.
Yaralananlar ikisi Azərbaycan, ikisi Ermənistan vətəndaşıdır.
Davanın səbəbləri gizli saxlanılır.
Hadisə ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.