Kutaisidə növbəti qarşıdurma - "Gürcü Arzusu"nun tərəfdarları müxalifətin ofisini süpürgə və yumurta atəşinə tutublar

Baxış sayı:
2293

Bu gün Kutaisi şəhərində növbəti gərginlik yaşanıb.
Muxalifet.az xəbər verir ki, hakim "Gürcü Arzusu" partiyasının üzvləri və tərəfdarları Kutaisidə müxalif "Vahid Milli Hərəkat" (VMH) partiyasının ofisinin qarşısına gedərək binaya doğru süpürgə və yumurta atıblar.
Hakim partriyanın tərəfdarları VMH partiyasının ofisindəkilərə "Saakaşvilinin qulları" deyə şüarlar səsləndiriblər.
Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Hadisə zamanı fiziki qarşıdurmanın yaşanmadığı bildirib.
Muxalifet.az