​Kurts: Sərt və dağınıq Breksit zərər verir

Baxış sayı:
7873

Əgər London nizamlı strategiya və plan ortaya qoyarsa, Avropa Birliyindən çıxış tarixinin bir neçə ay da təxirə salınması düşünülə bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Avstriya Baş naziri Sebastian Kurts deyib. Sərt və dağınıq Breksitin həm Böyük Britaniyaya, həm də Avropa Birliyinə zərər verəcəyini qeyd edən Kurts tərəflərin "razılaşdırılmamış Breksit"dən qaçmasının lazım olduğunu bildirib.
O, həmçinin AB-nin hər ssenariyə hazırlıqlı olduğunu vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl İngiltərənin Baş naziri Tereza Meyin AB ilə Breksit müqaviləsi Böyük Britaniya parlamentində keçirilən səsvermədə rədd edilmişdi.