"KURTLAR VADİSİ PUSU"nun məşhur aktyoru vəfat etdi

Yeşilçamın məşhur aktyorlarından olan 74 yaşlı Kuzey Vargın bu sabah yüksək təzyiq nəticəsində  dünyasını dəyişib.
 
Kuzey Vargının ölümü barədə məlumatı kürəkəni Levent Camii yayıb.  Xatırladaq ki, o, yüksək təzyiq səbəbiylə iki aya yaxın idi ki, Marmaris xəstəxanasında reanimasiyaya yerləşdirilmişdi. Qeyd edək ki, Kuzey Vargın həmçinin Türkiyənin məşhur "Kurtlar Vadisi Pusu"nun serialında "Aksaçlı" rolunu canlandırırdı./primetime.az