​Kürdüstandan açıqlama: İraq ordusu Kərkükə girəcək

İraq hərbi qüvvələri Kərkük və Mosul vilayətlərinə ordu yeridəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə İraq Kürd Muxtariyyətinin Təhlükəsizlik Agentliyi məlumat yayıb.
“İraq ordusu, Haşdi Şabi və federal polis qüvvələrinin Kərkükün və Mosulun bəlli istiqamətlərindən hücuma keçəcəkləri ilə bağlı məlumatlar alırıq”, - deyə agentliyin Tvitter hesabında bildirilib.
Əməliyyatların təfərrüatı ilə bağlı məlumat verilməyib.