“Kürdüstan” rəhbərliyi MÜSTƏQİLLİKDƏN İMTİNA ETDİ

IKBY, İraq Federativ Ali Məhkəməsinin müstəqillik əleyhinə qərarına riayət edəcəklərini açıqlayıb.
 
 İraq Kürd Regional Rəhbərliyi (IKBY) İraq Federal Ali Məhkəməsinin qərarına riayət edəcəklərini açıqlayıb. Doğrudur, bu açıqlama hələ referendumun nəticələrinin ləğvi anlamına gəlmir. Ancaq İraq Konstitusiyasının hökmünün qəbul edilməsi, o cümlədən Federal Ali Məhkəmənin qərarına uyulması artıq referendumun nəticələrinin legitimliyinə kölgə salacağı qətidir. İraq Konstitusiyasının hökmlərinin qəbul edilməsi o anlama gəlir ki, bir bölgənin referendum yolu ilə mərkəzi dövlətdən ayrılmasını mümkünsüz edən qadağa qəbul edilir. Bu isə avtomatik olaraq referendum nəticələrinin qüvvədən düşməsi anlamına gəlir. Təbii ki, hələlik “de fakto”.
Qeyd edək ki, İraq Federal Ali Məhkəməsi, Konstitusiyanın bölgələrə İraqdan ayrılma hüququnu tanımadığı haqda hökm vermişdi.
Müxalifət.az