Kürdəmirdə yol qəzası baş verib, yaralananlar var

Baxış sayı:
5512

Kürdəmir rayonunda yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Ucarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində rayon sakinləri - 1988-ci il təvəllüdlü Vasif Arif oğlu Səmədov və 1994-cü il təvəllüdlü Nicat Şəriət oğlu Cəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.