Kürdəmirdə torpaq üstündə DAVA - Həmkəndlisini döyüb xəstəxanalıq etdi

Baxış sayı:
2549

Kürdəmir rayonunda döyülmə hadisəsi baş verib.
Hadisə rayonun Xəlsə kəndində qeydə alınıb.
Kənd sakini, 53 yaşlı Niyazov İlqar Sərvan oğlu aralarında yaranan mübahisə zəmnində həmkəndlisi tərəfindən döyülüb. O, ətrafdakıların köməkliyi ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Həkimlər ona baş nahiyəsinin əzilmiş-cırılmış yarası və sol qabırğasının sınığı diaqnozu qoyublar.
Qeyd edək ki, mübahisə torpaq üstündə yaranıb. Faktla bağlı araşdırma aparılır./Report