"Kürdəmirdə tavanı uçan məktəbə baxış keçiriləcək" - Təhsil Nazirliyi

Baxış sayı:
2995

Təhsil Nazirliyi Kürdəmirdə məktəbin tavanın uçmasına münasibət bildirib.

Muxalifet.az xəbər verir ki, nazirlikdən report-un sorğusuna cavab olaraq qeyd olunub ki, Kürdəmir rayonunun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbin 2-ci tədris korpusu 1967-ci ildə 5 sinif otağı olmaqla tikilib.

Məlumata görə, bünövrəsi və divarları pud daşından tikilən tədris korpusunun koridorunun tavanı ağac materialı olan diktlə üzlənib: "Damdan yağış sularının sızması nəticəsində həmin tavan üzlüyü aşınıb. Koridorda tavan üzlüyü uçan hissədə yerləşən bir sinif otağında tədris dayandırılıb. Məktəbin digər otaqlarına ziyan dəyməyib, məktəbdə tədris davam edir. Təhsil Nazirliyinin mütəxəssis