Kürdəmirdə qətl — Kişi həmyerlisini güllələdi

Baxış sayı:
2959

Sentyabrın 18-də Kürdəmir şəhərinin C.Cabbarlı küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elsevər Məmmədova xəsarət yetirib hadisə yerini tərk edib.
Muxalifet.az DİN-in saytına istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilmiş E.Məmmədov ölüb.
Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əhmədov saxlanılmış və ondan cinayətdə istifadə etdiyi “Girsan” markalı ov tüfəngi götürülüb.