​Kürdəmirdə ağır qəza – AVTOMOBİL AŞDI, SÜRÜCÜ ÖLDÜ

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 54-cü kilometrliyində, Kürdəmir rayonunun Çöl ərəb kəndində qeydə alınıb. Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Qinyaz Əlövsət oğlu Həmidovun idarə etdiyi "VAZ-2106" markalı minik maşını idarəetməsən çıxaraq, aşıb. Nəticədə ağır xəsarət alan sürücü Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.