​Kürdlərin şurasından açıqlama: Türkiyə buranı təmizləməlidir

Rusiya və Türkiyə İdlibi Nüsrə Cəbhəsindən təmizləməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Suriya Kürd Milli Şurasının üzvü Fuad Eliko bildirib.
"Türkiyə, Rusiya və İranın rəhbərliyi altında Qazaxıstanın paytaxtı Astanada baş tutan sülh danışıqlarında verilən qərarlar çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin İdlibdə gərginliyi azaltmaq üçün müşahiqə nöqtələrinin yaradılması istiqamətində iş gedir. Türkiyə bu günə qədər sözügedən bölgədə 2 mərkəz yaratdı, daha 10 mərkəz yaradacaq", - Eliko qeyd edib.