​“Kürdlərin əksəriyyəti bizim üçün dəyərlidir, amma...” – ƏSƏD KÜRDLƏRİ MƏYUS ETDİ

Baxış sayı:
6155

“Dəməşq kürdlərin muxtariyyatını qəbul etməyəcək”.

Bunu “Əl Mayadin” televiziyasına müsahibəsində Suriya Prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şaban deyib. Onun sözlərinə görə, hələlik bunun üçün heç bir əsas yoxdur:
“Suriyanın istənilən regionunda kürdlərin sayı yüksək deyil. Biz heç bir formadan (İraq Kürd Muxtar Vilayətinə bənzər muxtariyyat – red.) danışa bilmərik. Belə ki, Suriya çoxlu sayda etnik və dini qatlardan ibarətdir və biz deyə bilmərik ki, kimsə kürddür, kimsə hansısa başqa dindəndir. Kürdlərin əksəriyyəti bizim üçün cəmiyyətimizin dəyərli hissəsidir, lakin bəzi kürd təşkilatları ölkənin maraqlarına zidd olan siyasi qərar qəbul ediblər”.