​Kürdlərdən yeni tələb: “Prezident vəzifəsi bizimdir”

Baxış sayı:
2017

Şimali İraq Kürd Muxtariyyətinin sabiq rəhbəri Məsud Bərzaninin sədri olduğu Kürdüstan Demokrat Partiyası (KDP) İraq prezidenti vəzifəsinin onlara aid olduğunu bəyan edib.
Muxalifet.az xəbər verir ki, KDP funksioneri Tarix Sıdık Rəşid bildirib ki, muxtariyyətdə seçkiləri udan KDP İraq prezidenti vəzifəsinə iddialıdır.
O, bildirib ki, İraq prezidenti vəzifəsi kürdlərin və KDP-nin haqqıdır.
Qeyd edək ki, may aynda İraqda keçirilən parlament seçkilərində KDP kürd muxtariyyətində ən çox səs toplayan partiya olub.
İraqda Səddam Hüseyn rejimi çökdükdən sonra keçirilən seçkilərdə adətən, prezident vəzifəsi kürdlərə, baş nazir postu şiə ərəblərə, parlament sədri vəzifəsi isə sünnilərə verilmişdi.
Lakin sonuncu seçkilərə ayrı-ayrılıqda qatılan Kürdüstan Demokrat Partiyası və Kürdüstan Vətənsevərlər Birliyi prezident kreslosu məsələsində razılaşa bilməyib.