“Kürdlər müstəqilliklə bağlı referendumu təxirə salmayacaq”

Xoşiyar Zebari: Referendum əvvəldən elan olunduğu kimi, sentyabrın 25-də keçiriləcək
 
İraqın şimalında yerləşən Kürdüstan muxtariyyətinin rəhbərliyi müstəqilliklə bağlı referendumu təxirə salmamaq barədə qərar qəbul edib.
Bunu muxtariyyətin nümayəndəsi Xoşiyar Zebari bildirib.
O vurğulayıb ki, referendum əvvəldən elan olunduğu kimi, sentyabrın 25-də keçiriləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın dövlət katibi Reks Tillerson İraqdakı Kürdüstan muxtariyyətinin rəhbəri Məsud Barzani ilə telefon danışığında referendumu təxirə salmağa çağırmışdı.