Kürdlər AKP-yə səs verə bilər - HDP

Baxış sayı:
6610

İyunda keçiriləcək İstanbul bələdiyyə seçkilərində kürdlər AKP-yə səs verə bilər. Muxalifet.az xəbər verir ki, bunu HDP-çi millət vəkili İmam Taşçıer deyib. O, HDP-nin AKP ilə razılaşması və kürdlərin AKP-yə səs verəcəyi ilə bağlı suallara aydınlıq gətirib: “AKP ilə HDP arasında hər hansı razılıqdan söhbət gedə bilməz. Bunun üçün razılığa gəlməyə ehtiyac yoxdur. Kürdlərin haqlarını tanınmasına istiqamətlənmiş addım atılsa, onsuz da kürdlər bunu görəcək. Kürdlərin səsi olmadan heç kim seçkini təkbaşına qazana bilməz. Kim kürd probleminin həlli üçün addım atarsa, kürdlər ona səs verə bilər. AKP addım atarsa, AKP-yə səs verər, CHP səmimi formada kürdlərə yaxınlaşarsa, onlara səs verər. Keçmiş seçkilərdə AKP-yə səs verən 300 minə yaxın kürd var idi, ancaq 31 martda AKP-yə səs vermədilər. AKP-yə səs verən kürdlər indi onlardan uzaqlaşıb. Bir sözlə, kürdlər artıq mənfəətlərinə uyğun şəkildə səs verəcəklər”.