Kürdlərə 24 saat vaxt verdilər: BAYRAQLARI ENDİRİN

Baxış sayı:
8686

İraq Mərkəzi Hökumətinin Terrorla Mübarizə Polisi Kərkükdə olan partiya binalarına təkrar bayraq asan İraq Kürd Regional Hökumətinə bayraqların endirilməsi üçün 24 saat vaxt verib.
 
Qeyd edək ki, 2017-ci ilin sentyabrında İKBY-nin sabiq prezidenti Məsud Bərzani tərəfindən keçirilən mübahisəli referendumdan sonra İraq ordusu  başda Kərkük olmaqla, Erbil və Bağdad arasında olan bütün mübahisəli sahələri nəzarət altına aldı. Bu bölgələrdə IKBY bayraqları qadağan edilmişdir. Digər tərəfdən dünən Kərkük şəhərində İKBY binalarına və küçələrinə İraq Kürd Regional Rəhbərliyinin bayraqlarının yenidən asılması böhran yaradıb.
Müxalifət.az