"Kürdlər 2003-cü ildə Kərkükü işğal edib" – İraqın baş naziri

İraq Kürd Muxtar Vilayətinin müstəqilliklə bağlı referendumu İraq konstitusiyasına ziddir.
 
Bunu xalqa müraciətində İraq Baş naziri Heydər Abadi söyləyib. Onun sözlərinə görə, bu referendum İraqı qaranlıq tunelə soxacaq.
Abadi həmçinin İraq Kürd Muxtar Vilayətinin Kərkük neftini qanunsuz satdığını bildirib:
“Kərkük neftinin gəlirindən İraq hökuməti faydalanmır. Peşmərgə 2003-cü ildə Kərkükü işğal edib və buradakı neftin satışından bütün gəlirləri özünə götürür”.