Kürd vəkildən PKK-ya sərt təpki: Qəbul etmirik

Baxış sayı:
8260

PKK-ya sərt reaksiya! Qəbul etmirik
 İraq Məclisində Kürd əsilli deputat Bəşər Kiki İraq hökumətinin razılığı olmadan və qonşu ölkələrlə aparılan müqavilələrə zidd olaraq Sincarda terror təşkilatı PKK və Haşdi Şabi-nin təzyiqi ilə sözdə bir rəhbəri qəbul etmədiklərini bildirib.
 
Kiki PKK-nın təşəbbüsü ilə Sincarda təşkilata yaxın şəxslərdən ibarət olduğu sözdə inzibati rəsmilərin müəyyən olunduğunu bildirərək baş nazir Adil Abdulmehdinin bu vəziyyətin qarşısını ala biləcək səlahiyyətli şəxs olduğunu vurğulayıb.
Mosul rayon məclisindən başqa hər hansı bir tərəfin Sincarda başçı seçmək səlahiyyətinə malik olmadığına işarə edən Kiki, rayondakı xaosun sona çatdırması lazım olduğunun vurğulayıb.
Bəzi tərəflərin varlığı səbəbilə Sincarlıların öz torpaqlarına geri qayıda bilmədiyini xatırladan Kiki, Sincar xalqının 90 faizinin İraq Kürd Regional Rəhbərliyinin təşkil etdiyi qaçqın şəhərciklərində yaşadığını qeyd edib.
Sincarda İraq baş nazirinə tabe olan İran dəstəkli Haşdi Şabiyə bağlı silahlı ünsürlər, İraq Kürd Regional Rəhbərliyi (IKBY) Peşmərgə Nazirliyinə bağlı Yezidi Peşmərgələr və terror təşkilatı PKK-ya bağlı yerli Yezidi döyüşçülər varlıq göstərir.
Müxalifət.az