KÜRD TERRORÇULAR GERİ ÇƏKİLİR- Rusiyaya müttəfiqlik təklif edildi, ABŞ “əxlaqsız” adlandırıldı

Baxış sayı:
3613

Muxalifet.az ТАСС informasiya agentliyinə istinadən xəbər verir ki, Suriyadakı kürdlərin komandiri ABŞ-ı bölgədən getməyə və yerini Rusiyaya verməyə çağırıb. Suriya Demokratik Qüvvələri (SDQ) adlanan kürd birləşməsinin komandiri Mazlum Kobani (Abdi) ABŞ-a ya "Barış Pınarı" əməliyyatını dayandırmasını, ya da yerini Rusiya və Suriya hökumət hərbi birləşmələrinə vermək üçün bölgəni tərk etməsini təklif edib. CNN Kobaninin ABŞ-ın "İslam Dövləti" terror təşkilatına qarşı mübarizə üzrə beynəlxalq koalisiyadakı xüsusi elçisinin müavini Vilyam Rubak ilə görüşünün mətninə istinad edir. TASS xəbər verir ki, Kobani ABŞ-ın "insanları qorumaqdan" imtina etdiyini və "digər qüvvələrə" bu imkanı vermədiyini söyləyib. “Siz bizi satdınız. Bu əxlaqsızlıqdır", -deyib. Kobani ABŞ-dan kürdləri qorumaq və bombardmanı dayandırmağa qadir olub-olmadığını cavablandırmağı tələb edib. Əgər deyilsə, onda Rusiya və Suriya hakimiyyəti ilə onların aviasiyasını dəvət etmək üçün danışıqlar aparmağa hazır olduğunu açıqlayıb. Kobani ABŞ-ın bölgədəki mövcudluğu üzündən "Suriyadakı hər kəsin kürdlərə qarşı" əlbir olduğunu bildirib. O qeyd edib ki, kürdlər ABŞ-la “yaxşı niyyətdə” əməkdaşlıq etdilər, amma əgər amerikalılar türk bombardmanını dayandıra bilməsə, qoy “kənara çəkilsinlər ki, onların yerini ruslara tutsun”. O, həmçinin kürdlərin Suriyanın ərazi bütövlüyünü pozmağa çalışmadığını söyləyib. Onun fikrincə, kürd birləşmələri gələcəkdə dövlətin tərkibinə daxil olmalıdır. Amerika tərəfi Kobanidən hələ "qərar verməkdə tələsməməsini" istəyib. Rubak əmin edir ki, ABŞ Türkiyəni hücum əməliyyatını dayandırmağa məcbur edəcək. “Взгляд” qəzeti türk müdaxiləsi qarşısında kürdlərin artıq Rusiyanın simasında yeni bir müttəfiq axtardıqlarını açıq şəkildə bəyan edib. Muxalifet.az