Kürd Şahinləri Briqadası TÜRK BAYRAĞI İLƏ AFRİNDƏ

Baxış sayı:
5200

Azad Suriya Ordusunun nəzdindəki Həmzə Diviziyasına bağlı Kürd Şahinləri Briqadasının Afrindəki şəhər mərkəzinin mühasirəsi və məhəllə döyüşlərində iştirakı planlaşdırılır.
 
Kürd Şahinləri Briqadasının Komandanı Həsən Abdullah Kulli, "Biz, Azez bölgəsinin Kürdləriyik. Afrindəki xalqımızı, PKK zülmündən xilas etməyə gedirik. İllərlə bu coğrafiyada Kürd, Türk, Ərəb, hamı birlikdə qardaş kimi yaşamışıq. Afrini almadan dönməyəcəyik" deyir.
 
XALQIM ÜÇÜN.
 
Kürd xalqını terrorçulardan azad etmək üçün ASO-ya qoşulduğunu söyləyən briqada üzvü Əli Ramo, "Mən Hələb Kürdüyəm. Suriyanın bütövlüyü uğrunda mübarizə aparan ASO tərkibində döyüşmüşəm. Xalqımı PKK/YPG əsarətindən xilas edəcəyik" deyib.
Müxalifət.az