Kürd rəhbərliyi kürd terrorçulara qarşı - "Cəsarət etmək istəyən varsa..."

"İŞİD ilə mübarizə adı altında bölgədəki vətəndaşlara və peşmərgələrə problem çıxarmağı planlaşdırırsınızsa, buyurun, gəlin. Dağlarımızı qarşınızda görəcəksiniz".
Şimali İraq Kürd Rəhbərliyi Həşdi Şabi qruplaşmasına açıq şəkildə xəbərdarlıq edib.
ŞİKR Silahlı Qüvvələri Komandanlığı son günlər Həşdi Şabi milis qruplaşmasının Suriya-İraq sərhədi üzərində hərbi əməliyyatlar keçirdiyi barədə bəyanat yayımlayıb:
"Mosulun İŞİD-dən azad edilməsi istiqamətində aparılan əməliyyatda ŞİKR, İraq hökuməti və ABŞ arasında ortaq bir plan hazırlanıb. Biz müqavilənin bütün müddəalarına sadiq qalmışıq. Ancaq Həşdi Şabi daxilindəki bəzi xain kürdlər İŞİD-ə qarşı mübarizə adı altında peşmərgələrə problem çıxarmağı planlaşdırırlarsa, onu bildirmək istəyirik ki, heç kim Kürdüstan bölgəsi torpaqlarına girməyə cəsarət edə bilməz. Cəsarət etmək istəyən varsa, buyursun, gəlsin. Dağlarımızı qarşınızda görəcəksiniz".