“Kürd referendumu” İrəvana baha başa gəldi

İraq Kürd Muxtariyyətində keçirilən referendum uğrunda canfəşanlıq göstərən erməni biznesmenlər milyonlarla dollar ziyana düşüblər.
Bu barədə Axar.az-a ermənişünas İsmayıl Tanrıverdi məlumat verib. Ekspert qeyd edib ki, “kürd referendumu”nun nəticələrinin tanınmaması ermənilərin arzularını gözlərində qoyub:
“Təkcə oktyabr ayında ermənilər İraq Kürd Muxtariyyətinə 4000 baş iri buynuzlu heyvan, Ermənistan istehsalı olan külli miqdarda siqaret, alkoqollu içki, tikinti materialları və gündəlik zəruri əşyalar göndəriblər. Ermənilərin məqsədi bəlli idi. Onlar ümid edirdilər ki, İraq Kürd Muxtariyyəti müstəqillik əldə etdikdən sonra bütün dünyaya car çəkib Qarabağın “müstəqilliyini” bir daha bəyan edəcəklər. Lakin ermənilər bu dəfə də öz istəklərinə çata bilmədilər”.
Qeyd edək ki, 650 erməni İraq Kürd Muxtariyyətində keçirilən referendumun lehinə səs vermişdi.