Kürd referenduma hazırlaşır: 3 dildə səsvermə bülletenləri çap edildi

İraqın kürd administrasiyası sentyabrın 25-də keçiriləcəyini elan etdiyi referendumla bağlı səsvermə bülletenlərini çap edib.
 
Türkiyənin etirazlarına rəğmən kürdcə, ərəbcə və türkmənlər üçün türkcə çap edilən bülletenlərdə "Kürdüstan bölgəsini və münaqişəli əraziləri də özündə ehtiva edən müstəqil Kürdüstan dövlətinin qurulmasını istəyirsinizmi?" sözləri qeyd olunub.
Qeyd edək ki, "münaqişəli ərazilər" dedikdə administrasiya Kərkükü də nəzərdə tutur.
Bülletenlərin altında İraq bayrağının olduğu hissəyə "Xeyir", kürd administrasiyasının bayrağının olduğu hissəyə isə "Bəli" işarəsi qoyulub.