​Kürd muxtariyyəti bu itkini necə kompensasiya edəcək?

İraq Kürd Muxtariyyəti rəhbərliyi Kərkükdə itirdiyi neft yataqlarını yeni yataqlar tapmaqla kompensasiya edəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri kürd enerji mütəxəssisi Qovend Şirvani bildirib.
"İKM-nin çox sayda neft və qaz yatağı hələ də inkişaf etdirilməmiş vəziyyətdədir. Hazırda bölgədə fəaliyyət göstərən 15 ölkədən təxminən 50 xarici şirkətin fəaliyyətinə davam etməsi yəqin ki, yataqlar üçün bəyan edilən ehtiyat miqdarının artacağından xəbər verir", - Şirvani vurğulayıb.