​Kürd liderdən Ərdoğana təşəkkür: Dar gündə...

Zəlzələdən sonra Türkiyə tərəfi bizimlə əlaqə saxlayaraq lazımi yardımları göndərməyə başladı.
Muxalifet.az xəbər verir ki, bu sözləri İraq Kürd Muxtariyyətinin baş naziri Necirvan Bərzani deyib.
O bildirib ki, təbii fəlakətdən sonra Türkiyənin Ərbildəki diplomatik nümayəndəlikləri kürd rəsmiləri ilə əlaqə yaradaraq yardıma hazır olduqlarını bildirib:
“Dünən axşamdan etibarən İbrahim Xəlil sərhəd-keçid məntəqəsindən yardımlar göndərilməyə başlanılıb. Dar gündə Kürdüstana yardımçı oldular. Bu səbəbdən cənab Ərdoğana və Türkiyə Prezident Administrasiyasına təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, İraq-İran sərhədində baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 200-ü ötüb.