Kürd lider İrana səfər edəcək

İraqın sabiq prezidenti, Kürdüstan Vətənpərvərlər Partiyasının sədri Cəlal Tələbani İrana səfər edəcək.
 
Kürdüstan Vətənpərvərlər Partiyasının rəsmi saytında yer alan xəbərə görə, Tələbani İran rəsmilərinin dəvəti əsasında Tehrana gedəcək.
Xəbərdə Tələbaninin İrana dostcasına səfər edəcəyi bildirilsə də, hansı məsələlərin müzakirə olunacağı açıqlanmayıb.
Cəlal Tələbani iki müddət İraq prezidenti vəzifəsini icra edib, daha sonra infarkt keçirdiyi səbəbindən Berlində bir ildən çox müalicə alıb.
Ekspertlər hesab edir ki, Şimali İraq Kürd Muxtariyyətinin ciddi müzakirələrə yol açan müstəqillik haqqında referendum aktı öncəsi Tələbaninin Tehran səfəri diqqət çəkir.
Bununla eyni zamanda hazırda İran Tələbaninin yaşadığı Süleymaniyə şəhərinə gedən Kiçik Zap çayının qarşısını kəsib. Böyük ehtimalla Tələbani Tehranda referendum aktı və su problemini müzakirə edəcək.