Kürd dəhlizi - ABŞ, İsrail, Rusiya və İranın birgə layihəsi

Baxış sayı:
6220

Astana danışıqları zamanı gərginliyi azaltma bölgəsi elan edilən İdlibə qarşı başlanılan əməliyyatlar gərginliyi artırmağa davam edir. Bəzi ekspertlər bu prosesin Türkiyə əleyhinə hazırlandığını düşünür.
 
FƏRATIN ŞƏRQİ MƏSƏLƏSİNDƏ ABŞ VƏ RUSİYA ZİDD DÜŞÜNMÜR
 
Tədqiqatçı-Yazarı İsmayıl Nacar, "Sülh çərçivəsində problemin həll edilməsi lazım olan yerlərdə, heç bir məsələ bu şəkildə həll edilməyib. İdlibdə də bu məqsədi güdülür. Fəratın şərqində İsrail dəstəkli bir terror dövləti qurmaq məsələsində ABŞ və Rusiya zidd fikirlərə malik deyil. Bu məqamda ortaq hərəkət edə bilmək üçün İdlibi bu işə zəmin olaraq hazırlamaq istəyirlər. Türkiyə lazım gələrsə, bir hərbi müdaxiləyə belə girişməlidir. Varılan razılıqlara bu günə qədər heç bir dövlət uymadı. Bölgədəki insanlar bütün etnik ünsürlərlə qardaş kimi yaşayıb Əsədin rədd olub getməsini istəyirlər. Bu vəziyyətə baxmayaraq daxili qarışıqlıq bu mərkəzlər tərəfindən davamlı olaraq həyata keçirilir. Bu provokasiyanın qarşısını ancaq Türkiyə ala bilər. ABŞ və Rusiyanın məqsədi İdlib əməliyyatından sonra bölgədə yeni bir “quruluş” hazırlamaqdır. İran və Rusiyanın dəstəyi ilə Əsədin bölgəyə əməliyyatı böyük bir qətliama səbəb olur. Bunun qarşısını alacaq yeganə ölkə Türkiyədir" deyə, şərh edib.
Rusiya və İranın, Türkiyə ilə masaya oturarkən arxa planda başqa hərəkət etdiyini bildirən Beynəlxalq Əlaqələr Mütəxəssisi Barış Adıbelli, "Türkiyə prinsipial olaraq əvvəldən bəri yürütdüyü siyasətin arxasındadır. Ancaq real vəziyyət bu siyasətlə uyğun gəlmir. Bunun səbəbi müttəfiqlərinin Türkiyəni tək qoymasıdır. Xarici siyasətdə hər zaman iki dəfə iki dörd etməz. Tehrandakı sammiti canlı yayımlayaraq Türkiyəni küncə sıxışdırmaq istəyirdilər. Bu vəziyyət qarşısında Türkiyə hər şeyi qəbul etməz. Müstəqillik bizim xüsusiyyətimizdir. Cənab prezidentimiz bu prinsipi ən yaxşı tətbiq edən liderdir. Bu gün gəlinən nöqtədə bu ölkəyə edilən İdlib dayatması əsla qəbul edilə bilməz. Bu təkid həm öz ictimaiyyətimizdə, həmdə xarici siyasətdə edilir. Kürd dəhlizi ABŞ və İsrail ilə eyniləşdirilir. Ancaq Moskvadakı PKK nümayəndəliyini də görməyimiz lazımdır. İranın ikili oynadığı göz qarşısındadır. Kürd dəhlizi ABŞ, İsrail, İran və Rusiyanın ortaq siyasəti vəziyyətindədir. Netenyahu hər ay Moskvadadır. Kimlərsə bizi həm Cenevrə, həm də Astana prosesindən kənarlaşdırmaq istəyir. Bu vəziyyət qarşısında Türkiyə hər cür müdaxilə etmək hüququna malikdir" deyə, söyləyib.
Müxalifət.az