Kürdə batan şəxsin meyiti tapılıb

Kür çayında batan şəxsin meyiti tapılıb.
 
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, avqustun 6-da Kür çayının Ağstafa rayonu, Qıraq Kəsəmən qəsəbəsindən keçən hissəsində batmış 1996-cı il təvəllüdlü Babayev Fayaz Haqverdi oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.