Kür çayında boğulan ata və oğuldan birinin meyiti tapılıb - YENİLƏNİB

Meyitlərin tapılması istiqamətində axtarışlar davam etdirilir
 
Hacıqabul rayonunda Kür çayında boğulan ata-oğuldan birinin meyiti sudan çıxarılıb.
Bu gün hadisə yerinə cəlb olunan FHN-nin dalğıc-xilasedicilərinin axtarışları müsbət nəticə verib. Çayda boğulan 43 yaşlı Bəxtiyar Ağavəli oğlu Ağavəlizadənin meyiti batdığı yerdən 10-15 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyati üzrə təhvil verilib.
Qeyd edək ki, 15 yaşlı Fərid Bəxtiyar oğlu Qəhrəmanovun axtarışları davam edir.