Kür çayında batan 19 yaşlı gəncin cəsədi tapılıb

Meyit sudan çıxarılıb
 
Ötən gün Kür çayında batan 19 yaşlı gəncin cəsədi tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, avqustun 13-də Samux rayonu, Qırmızı Samux qəsəbəsi ərazisindən keçən hissəsində batan 1998-ci il təvəllüdlü Əsədov İsmayıl Yolçu oğlunun cəsədi bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.