Kür çayında ata-oğulun boğulmasının TƏFƏRRÜATI

Meyitlərin tapılması istiqamətində axtarışlar davam etdirilir
 
Hacıqabulda Kür çayında ata-oğulun boğulmasının təfərrüatı məlum olub.
Hadisə rayonun Talış kəndi ərazisindən keçən Kür çayında qeydə alınıb.
Belə ki, 43 yaşlı Bəxtiyar Ağavəlizadə Ağavəli oğlu sərinləmək üçün iki oğlu ilə birgə kəndin ərazisindən keçən Kür çayına gedib. Çayda çimərkən oğlanlarından biri -15 yaşlı Fərid Bəxtiyar oğlu Qəhrəmanovun boğulduğunu görüb və ona kömək etmək istəyib. Ata oğlunu xilas etməyə çalışsa da oğlu ilə birlikdə boğulub. Atanın digər oğlu isə hadisə ilə bağlı yaxınlarına məlumat verib.
Hazırda FHN-nin Salyan məntəqəsinin dalğıc-xilasediciləri meyitlərin tapılması istiqamətində axtarışlarını davam etdirirlər.