​Küncə sıxışan PKK/PYD-nin əlacı kəsildi - “ƏSƏD, BİZİ XİLAS ELƏ!”

Baxış sayı:
900

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, ABŞ-ın cəhdlərinə baxmayaraq, Türkiyənin bölgəni PKK/PYD terror təşkilatından təmizləmə məqsədilə apardığı “Zeytun budağı” əməliyyatını dayandırmamasından, imdad istədikləri Rusiyanın isə Türkiyə ilə həmrəylik nümayiş edərək əməliyyatlar aparmaq üçün yol verməsindən sonra, əlacları kəsilən terrorçular Bəşər Əsədə üz tutaraq yalvarıblar.
Türkiyə Silahlı Qüvvələrinin son açıqlamasına görə, Afrində 306 terrorçu zərərsizləşdirilib. “Zeytun bağı” əməliyyatı ilə küncə sıxışan PKK/YPG terror təşkilatı Bəşər Əsədə müraciət edib: “Altı il ərzində bölgəni qoruduğumuz kimi, bu gündən sonra da Suriya qurumlarının bölgəni qorumasına kömək eləməyə davam edəcəyik. Türkiyənin apardığı əməliyyat Suriyanın ərazi bütövlüyü və Afrində yaşayan mülki əhalinin həyatını təhdid edir. Suriya hökumətini, Afrinə qarşı suverenlik vəzifəsini icra eləməyə və bölgədə sərhəd təhlükəsizliyi qüvvələrini yerləşdirməyə çağırırıq”.
Regionda ağalıq edən, ABŞ-la müttəfiq olan PKK/YPG axırda ABŞ-ın devirməyə çalışdığı Bəşər Əsəd hökumətinə yalvarmağa başlayıb.