​Küçədə sekslə məşğul olmağa icazə verildi - Polislər oğlanları "soymasın" deyə - FOTO

Baxış sayı:
8218

Meksikada ictimai yerdə sekslə məşğul olmağa icazə verilib.
Milli.Az Mirror-a istinadla xəbər verir ki, Meksikanın Mexikodan sonra ikinci böyük şəhərində insanların arasında cinsi əlaqədə olmağa şərait yaradılıb.
Guadalajara şəhərində qəbul olunan qərara görə, küçədə cinsi əlaqədə olan cütlüklər ancaq onlar barəsində şikayət olduğu təqdirdə mühakimə olunacaqlar. Digər halda onlar cərimələnməyəcəklər.
Qərar "Vətəndaş hərəkatı" partiyasının üzvü Guadalupe Morfin Otero tərəfindən təklif olunub.
Qeyd edək ki, bu qərar rüşvətxor polislərə qarşı yönəlib. Belə ki, şəhərdə gənclər arasında aparılan sorğu nəticəsində məlum olub ki, küçədə öpüşərkən tutulan gənclərdən polis rüşvət tələb edir və onları bölməyə aparmaqla hədələyir.