Küçədə Cavadovun meyiti tapıldı

Baxış sayı:
7981

Bakıda küçədən meyit tapılıb. Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Rayonun küçələrinin birində təxminən 60-65 yaşlarında kişi meyiti aşkarlanıb. Aparılan araşdırmalar nəticəsində meyitin Masallı rayon sakini, 1956-ci il təvəllüdlü Cavadov Mürsəl Qulam oğluna aid olması müəyyən edilib. M. Cavadovun ölüm səbəbi araşdırılır.