Kubadan şok “Venesuela” açıqlaması! Və ABŞ hərəkətə keçdi

Baxış sayı:
8485

 Kuba ABŞ-ın "humanitar yardım pərdəsi" altında Venesuelaya müdaxilə etmək üçün Karib Hövzəsində xüsusi qüvvələrini yerləşdirdiyini irəli sürüb.
 
Kubanın kommunist qəzeti “Granma”-da yer alan hökumət açıqlamasına görə, ABŞ hərbi təyyarələri ötən həftə Porto Riko və Dominikan Respublikasına daxil olmaqla, regiondakı strateji yerlərə eniş edib.
Açıqlamada, 6-10 fevral arasında eniş edən təyyarələrdən böyük ehtimalla bu ölkələrin hökumətlərinin də bir məlumatının olmadığı irəli sürülüb.
Kuba ABŞ-ın Venesuela siyasətinə qarışmasının, göndərmək istədiyi humanitar yardımın min qat daha böyük bir zərərə yol açdığını bildirib.
ABŞ prezidenti Donald Trampın Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abrams isə bunun "yeni bir yalan" olduğunu deyib.
Dominikan Respublikasının xarici işlər naziri Migel Vargas da bu iddianı təkzib edib.
 
YARDIMLAR SƏRHƏDƏ GÖNDƏRİLƏCƏK
 
 ABŞ Milli Təhlükəsizlik müşaviri Con Bolton sosial media hesabı Twitter-də etdiyi açıqlamada, 25 ölkənin Venesuelaya humanitar yardım göndərmək məqsədilə 100 milyon dollar topladığını açıqlayıb.
Humanitar yardımın Kolumbiya və Braziliya sərhədlərində yerləşən qaçqın mərkəzlərinə və Karib adası Curazaoa gedəcəyi bildirilib.
Guaido humanitar yardımın 23 fevral etibarilə Venesuelaya girməsini hədəfləyir.
Müxalifət.az