Kəşfiyyat Türkiyəyə səfər edən vətəndaşlarını nəzarətə götürdü - BU ŞƏXSLƏR MÜŞAHİDƏ ALTINDA SAXLANILIR

Baxış sayı:
6115

ABŞ Türkiyəyə səyahət edən vətəndaşlarını nəzarətdə saxlayır, bu ölkəyə sistematik səfər edən şəxsləri sorğu-sual edir.

"Stratejikguvenlik.com" saytı xəbər verir ki, ABŞ-ın Türkiyəyə gələn vətəndaşlarının arxasınca agent saldığı və sorğu-suallar apardığı ortaya çıxıb.

ABŞ-da nəşr edilən “Boston Globe” qəzeti aralarında Türkiyənin də olduğu bəzi ölkələrdən ABŞ-a edilən uçuşların Amerika kəşfiyyatı tərəfindən izləndiyi, hətta Türkiyə ilə ABŞ arasında tez-tez uçuşlar edən şəxslərin nəzarətə götürüldüyünü ortaya çıxarıb.

Peşə fəaliyyəti ilə bağlı tez-tez Türkiyəyə gələn bir alim isə tətbiq edilən bu prosedur haqqında narahat olmasından danışıb. Qəzetin xəbərinə görə, “Silent Sky” adlı kəşfiyyat proqramı heç bir qurum tərəfindən nəzarət altına alınmayan şəxsləri müşahidə altında saxlayır.

İzləmə xidmətini yerinə yetirən və uçuş təhlükəsizliyinə cavabdeh olan mülki polis əməkdaşları Nəqliyyat Təhlükəsizlik İdarəsi tərəfindən təyin edilən marşruta mindiklərini və əvvəlcədən onlara bəlli olan insanların hərəkətlərini izlədiklərini təsdiq ediblər.

Lakin Nəqliyyat Təhlükəsizlik İdarəsi belə bir proqramın olduğunu təsdiq etməyib.

Təyyarədə xidmət edən mülki geyimli əməkdaşlar Türkiyəyə sıx-sıx gələn sərnişinin uçuş əsnasında yatıb-yatmadığını, hava limanında geyimini dəyişdirib-dəyişdirmədiyini, “gözlərini tez-tez qırpıb-qırpmadığı” kimi detalları hesabat halında hazırlayıb yuxarılara ötürdüklərini açıqlayıb. Qəzetə danışan kəşfiyyat əməkdaşlarından biri deyib ki, izlədiyi bir qadının “yeganə günahı” çalışdığı şirkətin işindən asılı olaraq bir dövrlər Türkiyəyə səfər etməsi olub.

Adının açıqlanmasını istəməyən kanadalı alim isə deyib ki, onun araşdırdığı mövzu Osmanlı dövləti ilə əlaqəli olduğundan İstanbula tez-tez gedib-gəlir. Kəşfiyyat əməkdaşlarına araşdırmalarım haqqında danışanda “bilirik, sizinlə bağlı hər şeyi bilirik” cavabını aldım. Bununla belə mənə “çox tez-tez Türkiyəyə səyahət edirsən” dedilər. Son səfərimdən sonra suallar və axtarışlar da artıb. Vəkil vasitəsilə hüquqlarımı öyrənməyə çalışdım. Sıx-sıx səyahət etmək durumunda olduğum və evim kimi gördüyüm İstanbula gəlmək mövzusunda mən belə tərəddüd yaşayıram”(teleqraf).