Kəşfiyyat məlumatı: PKK liderlərə sui-qəsdə hazırlaşır!

Baxış sayı:
7657

Türkiyənin daxili işlər naziri Süleyman Soylu iştirak etdiyi Seçki Bölgə Təhlükəsizlik Konfransında etdiyi çıxışında, "Terror təşkilatı PKK-nın hakimiyyət itirdiyi bölgədə qorxu salmaq istəyir. Xüsusilə bu seçkidə regionun tayfa liderləri kimi nüfuzlu şəxslərə sui-qəsd planlaşdırdığı haqda kəşfiyyat məlumatı aldıq" deyib.
 
Soylu konkret sui-qəsd törədiləcək şəxslərin təhlükəsizlik baxımından isimlərini verməsə də, ancaq məlumatın dəqiq olduğunu və sui-qəsd ediləcək adamların hər birisinin ayrılıqda xəbərdar edildiklərini söyləyib: “Şəxsən özüm zəng edərək bütün şəxsləri xəbərdar etdim və lazımi tədbirlərimizi gördük".
Müxalifət.az